İstanbulda milyonlarla insan terrora qarşı birləşdi - FOTOLAR
Bizi izləyin

Dünya

İstanbulda milyonlarla insan terrora qarşı birləşdi - FOTOLAR

İstanbulun Yenikapı meydanında “Milyonlarla nəfəs, terrora qarşı tək səs” mitinqi keçirilir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, mitinqdə prezident Rəcəb Tayyib Ərdoğan, parlament sədri İsmət Yılmaz və baş nazir Əhməd Davudoğlu iştirak edir.

Böyük izdihamın olduğu meydanda yalnız Türkiyə bayrağının daşınmasına icazə verilir. Mitinq yerli vaxtla saat 16:00-da başlayıb. Mitində böyük Türkiyə bayrağı, Atatürk və prezident Ərdoğanın şəkilləri ilə yanaşı, 81 vilayətin adlarının yer aldığı plakatlar var.

Mitinqdən əvvəl Zeytinburnu istiqamətində qurulan 100-ə yaxın nəzarət nöqtəsindən keçən vətəndaşlara Türkiyə bayrağı paylanılıb.

Meydanın bir çox yerində “Bölünərsək yox olarıq”, "Terrora lənət, birliyə dəvət”, "Bir ananın belə axmasın göz yaşı”, “Terror insanlığa qarşı cinayətdir”, "Şəhidlər ölməz, vətən bölünməz", "Türk-kürd qardaşdır” yazılan nəhəng plakatlar yerləşdirilib. Meydanda çadır xəstəxana, məscid, mobil tualet və onlarla su paylayıcı nöqtə var.

Mitinqdə çıxış edən Ərdoğan Türkiyə bayrağına yan gözlə baxanların köksüz, ruhsuz və sevgisiz manqurdlar olduğunu deyib. Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə toxunan dövlət başçısı hansı partiyadan olmasından asılı olmayaraq, bədəni və qəlbi ilə bu ölkə üçün çalışacaq 550 millət vəkili görmək istədiyini dilə gətirib.

Ölkənin cənubi-şərq vilayətlərində PKK terror təşkilatının hücumlarına toxunan Ərdoğan ölkə vətəndaşlarının çirkin oyunlara gəlməyəcəyini söyləyib: “Biz eyni dəlikdən iki dəfə girməyəcəyik. İki yüz ildir oynanılan oyuna növbəti dəfə düşmək bizə yaraşmaz. Biz terrora və terrorçulara qarşı ən kiçik dözümsüzlük belə göstərməyəcəyik. Hər bir şəhidimizin əvəzi heç bir şeylə müqayisə edilə bilməz. Ölkəmizdə terrora dəstək verənlər, bu coğrafiyada nə üçün olduğunu unudanlardır. Bu ölkədə etnik mənşəyinə görən heç kimi ittiham etmədik. Biz yaradılanı yaradan üçün sevərik. Mənim ölkəmdə etnik problem deyil, terror problemi vardır. Bizim mübarizəmiz də hər hansı etnik qrupa deyil, terror təşkilatına qarşıdır”.

Mitinq hazırda davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm