Dünya
10 ilə qocalan 30 yaşlı gənc - FOTOLAR
Çinin Çunçin şəhərinin sakini Yuan Taybunun xarici görkəmi 10 il ərzində kəskin şəkildə dəyişib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cəmi 30 yaşı olan bu şəxsin üzündə dərin qırışlar əmələ gəlib. Bu səbəbdən də o, 80 yaşlı qocaya oxşayır. Yuanın bədənində qırışlar ilk dəfə o 20 yaşında olarkən əmələ gəlib. Qırışlar əvvəlcə onun əlində və ayaqlarında peyda olub. Sonra isə bütün bədənini əhatə edib.
İki övladı olan çinli deyir ki, o, əvvəllər buna əhəmiyyət verməyib. Düşünüb ki, qırışlar işdəki güclü fiziki və psixoloji yorğunluqdan yaranıb və tezliklə ötüb keçəcək.
Lakin qırışlar tədricən bütün bədənini əhatə etdikdən sonra o, baş verənlərdən narahatlıq keçirməyə başlayıb.
Yuan dəfələrlə müxtəlif xəstəxanalara müraciət etsə də, həkimlər ona dəqiq diaqnoz qoya bilməyiblər. Tibb işçiləri, sadəcə, Yuana ümumi müalicə kursu yazıblar. Lakin bu da 30 yaşlı çinliyə təsir etməyib.
Qocalıq əlamətləri onun işlərinə də təsir edib. Məsələn, bir neçə bankın əməkdaşı xarici görkəmi dəyişmiş Yuana saxta sənədlərdən istifadə etdiyini söyləyərək ona pul verməkdən imtina ediblər.
Yuanın kiçik qardaşının indi 25 yaşı var. Maraqlıdır ki, eyni proses onun orqanizmində də başlayıb.
Anar Tağıyev
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT