Qorbaçovun səhhəti pisləşdi
Bizi izləyin

Dünya

Qorbaçovun səhhəti pisləşdi

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Moskva şəhərinin xəstəxanalarından birinə yerləşdirilib.

Publika.az “LifeNews” kanalının saytına istinadən xəbər verir ki, keçmiş prezidentin səhhəti pisləşib.

Amma sabiq prezidentin rəhbəri olduğu “Qorbaçov Fondu”ndan bu informasiya təkzib olunub. “İndi onun kabinetindən çıxdım. Mixail Qorbaçov fondda, işdədir. Bir müddət sonra onun planlaşdırılmış görüşü başlanacaq”, - fondun mətbuat xidmətinin nümayəndəsi Vladimir Polyakov SİTA agentliyinə deyib.

Qeyd edək ki, Qorbaçov sonuncu dəfə 2014-cü ilin oktyabrında xəstəxanaya düşüb, ancaq bir neçə gün sonra çıxıb. O, bu vaxta qədər qan damarlarının bərpası və oynaqların müalicəsi üzrə iki tibbi kurs keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm