Ankaraya şok təhdid: “Vətəndaş müharibəsi başlana bilər”
Bizi izləyin

Dünya

Ankaraya şok təhdid: “Vətəndaş müharibəsi başlana bilər”

Türkiyə Mərkəzi Seçki Komissiyasının seçki qutularının daşınması və birləşdirilməsi ilə bağlı məsələni müzakirə etməyə hazırlaşdığı bir vaxtda Xalqların Demokratik Partiyasından (HDP) boykot və vətəndaş müharibəsi təhdidi gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, HDP-nin sözçüsü və Qars millət vəkili Ayhan Bilgen seçki qutularının daşınması və birləşdirilməsi təklifinin Mərkəzi Seçki Komissiyası tərəfindən rədd edilməsini gözlədiyini deyib.

HDP-li millət vəkili partiyasının reaksiyasının yalnız boykotla kifayətlənməyəcəyini söyləyib: “HDP-nin seçkiyə getməməsi ən kiçik hadisə ola bilər. Bu kimi vəziyyətlərdə ölkədə vətəndaş müharibəsini belə müzakirə oluna bilər”, - Ayhan Bilgen söyləyib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası seçki qutularının daşınması və birləşdirilməsi ilə bağlı qərar qəbul edilərsə, qərar HDP-nin təsirli olduğu cənubi-şərq vilayətlərdə tətbiq olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm