CİA və FTB-nin hazırladığı 50 nəfər Türkiyədə... – ŞOK İDDİA
Bizi izləyin

Dünya

CİA və FTB-nin hazırladığı 50 nəfər Türkiyədə... – ŞOK İDDİA

Türkiyədə “paralel dövlət”ə qarşı əməliyyatların davam etdiyi bir vaxtda ortaya maraqlı məlumatlar çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kürd məsələsinin həlli müddətində “paralel dövlət”lə bağlı olan 50 nəfərlik qrup ABŞ-a göndərilib.

Qrup burada ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) və Federal Təhqiqat Bürosunun əməkdaşlarının keçirdiyi kurslarda iştirak edib. Qrup kürd məsələsinin həlli prosesi başlayanda isə Türkiyəyə çağırılıb.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara görə, ABŞ-da kurslarda iştirak edən şəxslər Türkiyənin cənubi-şərq vilayətlərinə göndərilib. Qrup hərbçilərin etibardan salınması və təhlükəsizlik güclərinin PKK ilə mübarizəsinə maneə törədilməsində önəmli rol oynayıb. Ümumilikdə, bölgədəki proseslər ABŞ kəşfiyyatı tərəfindən öyrədilən qrup tərəfindən icra edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm