20 nəfər Kiyev meri olmaq istəyir
Bizi izləyin

Dünya

20 nəfər Kiyev meri olmaq istəyir

Kiyev şəhər meri vəzifəsinə artıq 20 namizəd iddialıdır.

Bu məlumat AZƏRTAC-a Kiyev şəhər ərazi seçki komissiyasından verilib.

Sentyabrın 29-da keçirilmiş iclasda Kiyev şəhər ərazi seçki komissiyası paytaxt meri vəzifəsinə “Dart Veyderin Bloku” siyasi partiyasından irəli sürülən Dart Vayderin namizədliyini qeydə alıb.

Bu vəzifəyə namizədliyə, həmçinin “Vətəndaş mövqeyi” partiyasının irəli sürdüyü xalq deputatı Natalya Novak, “Güclü Ukrayna” partiyasından Lyubov Boqaçenko, “Demokratik alyans” partiyasından Vasili Qatsko, Ukrayna Respublika Partiyasından Pavel Boqomazov, Yerli Özünüidarə Partiyasından Aleksandr Kondraşov, Ukrayna Aqrar Partiyasından Maksim Melniçuk qeydə alınıblar.

Bundan əvvəl Kiyev şəhər ərazi seçki komissiyası paytaxt meri vəzifəsinə 13 namizədi qeydə alıb. Onların sırasında hazırda Kiyev şəhər meri olan Vitali Kliçko, sabiq mer Aleksandr Omelçenko, Dnepr Vilayət Dövlət Administrasiyası rəhbərinin sabiq müavini Gennadi Korban və fraksiyadan kənar xalq deputatı Borislav Beryoza var.

Sentyabrın 30-da Ukrayna vaxtı ilə saat 24:00-da paytaxt meri vəzifəsinə və yerli şuralara deputatlığa namizədlərin irəli sürülməsi başa çatır. Oktyabrın 1-də onların son qeydiyyat tarixidir.

Ukrayna yerli özünüidarə orqanlarına növbəti seçkilər oktyabrın 25-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm