Fələstin bayrağı BMT-nin Baş Qərargahında ucaldıldı – TARİXDƏ İLK DƏFƏ
Bizi izləyin

Dünya

Fələstin bayrağı BMT-nin Baş Qərargahında ucaldıldı – TARİXDƏ İLK DƏFƏ

Fələstin bayrağı tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda yerləşən Baş Qərargahı önündə dalğalandırılmaq üçün asılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bayrağın qaldırılması mərasiminə Fələstin lideri Mahmud Abbas, Türkiyənin baş naziri Əhməd Davudoğlu və digər bir neçə dövlət başçıları qatılıb.

Mərasimdə çıxış edən Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının binası önündə Fələstin bayrağının asılmasının lehinə səs verənlərə təşəkkür edib. M.Abbas yaxın gələcəkdə Fələstinin paytaxtı Qüdsdə də ölkə bayrağının dalğalandırılacağına inandığını söyləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm