ABŞ-dan sərt açıqlama: “Rusiya atəşə körüklə gedir”
Bizi izləyin

Dünya

ABŞ-dan sərt açıqlama: “Rusiya atəşə körüklə gedir”

ABŞ Rusiyanın Suriyada başladığı hava əməliyyatlarına sərt reaksiya verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri Eşton Karter İŞİD-ə qarşı mübarizə aparan Rusiyanın digər tərəfdən də rejimə dəstək verdiyini və bununla da atəşə körüklə getdiyini deyib.

Nazir Müdafiə Nazirliyində təşkil etdiyi mətbuat konfransında qeyd edib ki, Rusiyanın hərəkətlərində məntiqi ziddiyyət var: “Rusiya bir tərəfdən İŞİD-ə qarşı mübarizə aparacağını söyləyir, digər tərəfdən isə Bəşər Əsəd rejiminə dəstək verir. Bu, atəşə körüklə getmək anlamına gəlir. Bizim mövqeyimiz açıqdır: İŞİD-i yalnız siyasi keçid prosesi ilə məğlub etmək olar. Ümid edirəm ki, Rusiya bu mövzuda mövqeyimizi dəstəkləyəcək”.

Eşton Karter həmçinin bildirib ki, Rusiya qlobal güc olaraq görünmək istəyirsə, Ukraynanın şərqindəki hücumlarını və Krımın ilhaqını dayandırmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm