Kadırov: “Onlar mənim ikiüzlü və mürtəd olduğumu söyləyirlər”
Bizi izləyin

Dünya

Kadırov: “Onlar mənim ikiüzlü və mürtəd olduğumu söyləyirlər”

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Rusiyanın Suriyada apardığı hava əməliyyatlarına dəstək verərək bu ölkədə döyüşməyə hazır olduğunu bildirib.

Publika.az xəbər verir ki, Kadırov BBC-yə verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putinin əmrini gözlədiyini və ehtiyac olduğu halda ilk sıralarda olacağını deyib.

“Minlərlə çeçen əsgər Suriyada İŞİD-ə qarşı döyüşməyə hazırdır. Əhəmiyyətli olan Rusiyanın beynəlxalq hüquqa uyğun hərəkət etməsidir. Suriya prezidenti kömək istədi, biz də müsbət cavab verdik. ABŞ, Avstraliya, Fransa və digərləri quldur kimi davranırlar. Suriyada hərbi məsləhətçilərə də ehtiyac olacaq. Əgər Rusiya Silahlı Qüvvələrinin baş komandanı Vladimir Putin əmr versə, Qərbdə belə olmayan hərbi mütəxəssislərimizi dərhal Suriyaya göndərməyə hazırıq. Təcrübəmiz də kifayət qədərdir”, - Kadırov söyləyib.

Onun sözlərinə görə, Suriyada vuruşanlar əsl çeçen mücahidləri olsaydı, orada vəziyyət tamamilə başqa cür olardı: “Orada sadəcə Türkiyədə toplanan bəzi çeçen cinayətkarlar var. Əgər çeçenlər həqiqətən də Suriyada vuruşsaydılar, bütün dünya bundan xəbər tutardı”.

Həmin insanların Çeçenistana qayıdaraq respublika üçün təhlükə törətmə ehtimalına gəlincə, Kadırov bildirib ki, bütün həyatını həmin “şeytanlar”ın məhv edilməsinə sərf edib: “Nə qədər çox olarsa, mənim üçün o qədər yaxşıdır. Peyğəmbərimiz belə insanları cəzalandırmağı əmr edib. Saqqalım olmasına baxmayaraq, onlar mənim ikiüzlü və mürtəd olduğumu söyləyirlər. Nə olduğunu bilmədikləri halda islam üçün vuruşduqlarını necə deyirlər? Bu şeytanlar Rusiyada olsa, onların məhv edilməsinə şəxsən rəhbərlik edərəm”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm