Rusiya qırıcıları İŞİD-in zavodunu məhv etdi - VİDEO
Bizi izləyin

Dünya

Rusiya qırıcıları İŞİD-in zavodunu məhv etdi - VİDEO

Rusiya qırıcıları ötən gecə Suriyada İŞİD terror qruplaşmasının 4 obyektinə aviazərbələr endirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.

O, Su-24M və Su-25 qırıcılarının səkkiz uçuş həyata keçirdiyini bildirib.

Məlumata görə, İŞİD terror qruplaşmasının İdlib vilayətindəki qərargahı, döyüş sursatlarının olduğu anbar və üç mərhələli möhkəmləndirilmiş nəzarət məntəqəsi məhv edilib. Bundan başqa, İŞİD-in Xüms şəhərinin şimalında yerləşən zavodu dağıdılıb. Zavodda partlayıcı maddələr hazırlanırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm