Meksika “Barbi”ni ABŞ-a təhvil verdi
Bizi izləyin

Dünya

Meksika “Barbi”ni ABŞ-a təhvil verdi

Meksika “Barbi” ləqəbli məşhur narkobaron Edqar Valdesi Birləşmiş Ştatlara təhvil verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksika Baş prokurorluğundan bildirilib.

Məlumata görə, Valdes Meksikanın məşhur narkokarteli “Beltran Leyva”nın muzdlu qatillərinə başçılıq edirdi. Cinayətkar qruplaşma narkoticarət, qətllər və çirkli pulların yuyulmasında iştirakda ittiham edilir.

Valdes “Barbi” ləqəbini parlaq nurlu çöhrəsinə və mavi gözlərinə görə alıb. Narkobaron 2010-cu ilin avqustunda Meksika polisi tərəfindən tutulub və ekstradisiya haqqında qərarın qəbuluna qədər həbsdə olub. ABŞ onu narkoticarət və çirkli pulların yuyulmasında iştirakda ittiham edirdi.

“Barbi” ilə birlikdə daha 12 məhbus ABŞ-a göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm