Əfqanıstandan Almaniyaya piyada - 110 yaşlı qoca Talibandan necə qaçdı - FOTOLAR
Bizi izləyin

Dünya

Əfqanıstandan Almaniyaya piyada - 110 yaşlı qoca Talibandan necə qaçdı - FOTOLAR

Əfqanıstanın 110 yaşlı sakini Almaniyaya piyada gələrək bu ölkəyə sığınıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Passau şəhər polisi qoca qaçqını qeydiyyata alıb. Taliban terrorçuları bir əsrdən çox yaşı olan Abdul Qadir Əzizinin 3 oğlunu da qətlə yetirdiyindən qoca ailəsi ilə birlikdə Almaniyaya sığınmaq məcburiyyəti ilə üzləşib.

Eşitmə və görmə qabiliyyətini itirmiş kişi ailəsinin 8 üzvü ilə birlikdə 6 min kilometr məsafə qət edib. Uzunömürlü ahılın qızı Salfemi Əzizi yolda atasının səhhətində problemlərin yarandığını desə də, onun indi özünü yaxşı hiss etdiyini bildirib.

Lakin Almaniya polisində Abdulla birlikdə gələnlərin onun ailəsi olması barədə hər hansı dəlil, sübut mövcud deyil. Çünki digər qaçqınlar kimi onların da sənədləri yoxdur. Bu səbəbdən də yerli hökumət Abdulu və onunla gələnlərin kimliyini Salfemi Əzizinin şahidliyi əsasında sənədləşdirir.

Bəzi məlumatlara görə, hazırda Almaniyada yarım milyona yaxın miqrant var.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm