Fətullah Gülənə ömürlük həbs cəzası istənildi
Bizi izləyin

Dünya

Fətullah Gülənə ömürlük həbs cəzası istənildi

İstanbul Respublika Baş prokurorluğu 17-25 dekabr 2013-cü il tarixlərində dövlət çevrilişi cəhdi ilə bağlı cinayət işini tamamlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, cinayət işində aralarında Fətullah Gülən və keçmiş polis rəisi Yakub Sayğılının da olduğu 69 şübhəlinin adı var.

Cinayət işində bir nömrəli şübhəli hesab olunan Fətullah Gülən hökuməti devirmək, silahlı təşkilat qurmaq və idarə etmək, dövlətin təhlükəsizliyi üçün gizli saxlanılması vacib olan informasiyaların siyasi və hərbi casusluq məqsədi ilə istifadə etməkdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilməsi istənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm