İŞİD kürd liderinə 14 edamla cavab verdi
Bizi izləyin

Dünya

İŞİD kürd liderinə 14 edamla cavab verdi

İŞİD terror qruplaşması daha əvvəl əsir götürdüyü 14 peşmərgəni edam edərək Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzanini təhdid edib.

Publika.az xəbər verir ki, İŞİD edam görüntülərini internetdə paylaşıb.

Görüntülərdə İŞİD üzvünün kürd dilində danışması diqqət çəkib.

İŞİD-in bu addımının peşmərgə güclərinin hücumuna cavab olduğu bildirilir. Qeyd edək ki, peşmərgə gücləri dünən Kərkükün qərbində İŞİD-ə qarşı əməliyyata başlayıb. Əməliyyatda İŞİD-in xeyli itki verdiyi deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm