Prezidentliyə namizəd: “Onların hər biri İŞİD üzvüdür”
Bizi izləyin

Dünya

Prezidentliyə namizəd: “Onların hər biri İŞİD üzvüdür”

ABŞ-da prezident seçkilərində ən iddialı namizədlərdən hesab olunan milyarder Donald Tramp suriyalı qaçqınlarla bağlı xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, respublikaçı prezidentliyə namizəd seçkilərdə qələbə qazanacağı halda suriyalı qaçqınları geri göndərəcəyini bildirib.

“Hökümətin 200 min suriyalı qəbul etmək istədiyini eşidirəm. Dinləyin, onların hər biri İŞİD üzvü ola bilər. Suriyadan bura gələn insanlara xəbərdarlıq edirəm: əgər seçkilərdə qələbə qazansam, geri dönəcəklər”, - o, söyləyib.

Seçki kampaniyasında əsas yeri miqrant mövzusuna verən milyarder ABŞ-Meksika sərhədində divar inşa edəcəyinə söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm