• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Davudoğlu: “İnsanlar İrandan, silahlar isə Rusiyadan gəlir”

  • Dünya
  • 2 Oktyabr 2015 13:57
  • 1 082 Baxış
Davudoğlu: “İnsanlar İrandan, silahlar isə Rusiyadan gəlir”

ABŞ-dan qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriyada baş verənləri və Rusiyanın bu ölkədə başladığı hava əməliyyatlarını şərh edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Davudoğlu Rusiyanın Suriya rejiminə dəstək üçün əməliyyatlara başladığını deyib.

“Rusiyanın əməliyyatlara başlaması yeni bir hadisə deyil, Rusiya bu döyüşün içində idi. İstanbul boğazlarından keçən rus gəmilərinin nə daşıdığını və hara getdiyini hər kəs bilir. Tartusa gedən gəmilər Suriya rejiminə dəstək üçün gedirdi. Suriya rejiminə dəstək iki yerdən gəlir: insanlar İrandan, silahlar Rusiyadan. Bu, gizli şəkildə atılan addım da deyildi. Rusiya Əsədə dəstək verdiyini hər yerdə açıq şəkildə ifadə edir”, - Türkiyənin baş naziri söyləyib.

Türkiyənin hökumət başçısı qeyd edib ki, Rusiyanın keçirdiyi əməliyyat tamamilə Azad Suriya Ordusuna qarşıdır: “Bu çökməkdə olan Suriya rejiminə açıq şəkildə dəstək anlamına gəlir. Müxalifəti yox etmək üçün həyata keçirilən əməliyyatların fayda verəcəyi qənaətində deyiləm”.

Türkiyə ilə Rusiyanın Suriyada qarşı-qarşıya gəlmə ehtimalına gəlincə, Davudoğlu Rusiyanın Türkiyəni narahat edəcək addımlar atacağını düşünmədiyini deyib: “Hərbi əməliyyatların keçiriləcəyi barədə açıqlama vermədilər, amma tam olaraq hara müdaxilə edəcəklərini bildirmədilər. Rusiyanın vurduğu hədəflər İŞİD-in işinə yarayır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR