Rus bombardmanlarından dəhşətli görüntülər – VİDEO
Bizi izləyin

Dünya

Rus bombardmanlarından dəhşətli görüntülər – VİDEO

Rusiyanın hava qüvvələrinin Suriyanın Xüms və digər şəhərlərində həyata keçirdiyi əməliyyatların görüntüləri yayılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bombardmanlar nəticəsində Xümsdə onlarla dinc sakin həyatını itirib.

Mülayim müxalifətin qərargahlarını da hədəf alan Rusiya müxalif güclərin onlarla döyüşçüsünü öldürüb. Suriyalı fəalların məlumatına görə, Rusiyanın hücumları Əsəd rejiminin hücumlarından daha dəhşətlidir. Bombardmanlarda qadın və uşaqların da aralarında olduğu ən azı 50 nəfər həyatını itirib. Dərc olunan görüntülərdə uşaqların cansız bədənləri də görünür.

Suriyalı müxaliflər onların üzərinə bomba yağdıran 4 Rusiya təyyarəsini qeydə alıb.

Rusiya prezidenti Vladimir Putin isə dinc sakinlərin vurulması ilə bağlı iddiaları rədd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm