
PKK terror təşkilatının Suriyadakı qolu PYD-nin silahlı qanadı olan YPG Rusiyanın Suriyadakı hava əməliyyatları ilə əlaqədar açıqlama verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, YPG İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq təklif edərək Rusiyadan silah istəyib.
“İŞİD-ə qarşı mübarizədə Rusiyanın havadan dəstək verməsini və silah yardımının edilməsini istəyirik. Biz İŞİD-ə qarşı Rusiya ilə birlikdə hərəkət edə bilərik. Rusiya yalnız İŞİD-ə qarşı deyil, Əl-Nüsra Cəbhəsinə qarşı da döyüşməlidir. İŞİD və Əl-Nüsra Cəbhəsi arasında hər hansı fərq yoxdur”, - YPG-nin komandirlərindən biri olan Sipan Hemo deyib.
Ömər Dağlı