Dünya
Xarkovda atışma olub, ölənlər var
Dünən gecə Xarkovda baş verən atışma nəticəsində iki nəfər ölüb.Publika.Az – ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Feysbuk” səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov yazıb.
“Xarkovda gecə saatlarında radikallar arasında atışma olub. Hadisə yerində kriminalistlər işləyirlər. Hər iki tərəfdən təxminən otuz insan saxlanılıb. İki nəfər ölüb, bir neçəsi də yaralanıb. Yaralananlardan biri də milis işçisidir. Hər iki tərəfdən silahlar götürülüb. İstintaq tədbirləri davam edir”, - nazir bildirib.
A.Avakov həmçinin Ukrayna vətəndaşlarını xaricdən edilən provokasiyalara təslim olmamağa çağırıb.
Xatırladaq ki, Rusiya xarici işlər nazirləri dünən bəyanat verərək Rusiyanın Ukraynadakı həmvətənlərinin həyatları üçün öz məsuliyyətini anladığını və onların müdafiəsi hüququnu özündə saxladığını bildirib. Bəyanatda həmçinin qeyd olunub ki, Ukraynanın yeni hakimiyyəti ölkədəki vəziyyətə nəzarət edə bilmir.
Ömər Dağlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...