Hava şəraiti Avropya miqrant axınının azalmasına səbəb olub
Bizi izləyin

Dünya

Hava şəraiti Avropya miqrant axınının azalmasına səbəb olub

BMT-nin qaçqınlar üzrə agentliyi bu həftə Aralıq Dənizində hava şərtlərinin pis olması səbəbiylə Yunanıstana gələn miqrantların sayında böyük azalma qeydə alıb.

Agentlik bu həftə sadəcə 1500 miqrantın gəldiyini bildirib. Aralıq Dənizi ilə gələn miqrantların ortalama sayı 5000 olaraq qeydə alınmışdı. Lakin bu azalmanın davam edəcəyi gözlənilmir. BMT qaçqınlar üzrə agentliyinin sözçüsü bildirib ki, hava şəraitində yaxşılaşma yeni axını da özü ilə gətirəcək.

Agentlik bu il təxminən 700 min miqrantın Aralıq Dənizi vasitəsilə Avropaya gələcəyinin gözlənildiyini deyib. 2016-ci il üçün də oxşar say gözlənilir.

Bu rəqəm təşkilatın əvvəlki proqnozunun iki qatıdır. BMT-nın qaçqınlar üzrə agentliyi böhranla mübarizə üçün 128 milyon dollar yardımın ayrılması üçün müraciət edib. Bu, keçən ay tələb olunandan 30.5 miliyon dollar çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm