Kürd lideri: “Rusiya söylədi ki, Türkiyəyə...”
Bizi izləyin

Dünya

Kürd lideri: “Rusiya söylədi ki, Türkiyəyə...”

“Rusiya Türkiyənin Suriyaya müdaxiləsinə icazə verməyəcəyini bildirib”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri PYD-nin (PKK terror təşkilatının Suriya qolu) rəhbəri Salih Müslim “Al-Monitor” nəşrinə açıqlamasında deyib.

Kürd liderinin sözlərinə görə, Türkiyə böyük güclərin icazəsi olmadan Suriyaya müdaxilə edə bilməz.

“İki il əvvəl bir rus səlahiyyətlisi məndən kürdlərin ən çox nədən qorxduğunu soruşdu. Mən isə mümkün bir Türkiyə müdaxiləsindən qorxduğumu dedim. Rusiya səlahiyyətlisi isə gülərək oranın Türkiyənin deyil, NATO-nun sərhədi olduğunu söylədi. Onun bu cavabından sonra rahatladım”, - PYD lideri söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm