Dünyanın ən məşhur narkobaronu öldürüldü - FOTO
Bizi izləyin

Dünya

Dünyanın ən məşhur narkobaronu öldürüldü - FOTO

Kolumbiya hökuməti dünyanın ən məşhur narkobaronlarından olan “Meqateo” ləqəbli Viktor Navarronun öldürülməsilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, bu barədə bu gün Kolumbiya prezidenti Xuan Manuel Santos məlumat verib. Onun silahlı qüvvələrin bombardmanı nəticəsində öldüyü bildirilir.

Navarro 1967-ci ildə Kolumbiya Marksist partiyası tərəfindən yaradılan Xalq Qurtuluş Ordusunun lideri olub. Bir il əvvəl müsahibə verərək kokain alverçilərindən vergi alaraq müharibəyə hazırlaşdığını təsdiqləmişdi.

ABŞ onun tutulması üçün 5 milyon dollar mükafat ayırmışdı.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm