• USD 1,7000 0,00% EUR 2,0137 -0,22%
    • GBP 2,2658 +0,09% RUB 0,0224 +0,45%

Lavrov: “Biz də Suriyada ABŞ-ın etdiyini edirik”

  • Dünya
  • 3 Oktyabr 2015 16:52
  • 1 187 Baxış
Lavrov: “Biz də Suriyada ABŞ-ın etdiyini edirik”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransında rus istehsalı olan silahların kürdlərin əlində olduğunu bəyan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, nazir S.Lavrov deyib: “Biz İraq hökuməti vasitəsilə Rusiya silahlarını kürdlərə çatdırırıq. Rusiya, İraq, İran və Suriyanın təmsil olunduğu Bağdad birgə kəşfiyyat mübadiləsi mərkəzində kürdlər də yer alıb”.

Rusiyanın Suriyada İŞİD-ə qarşı müharibəyə başlaması məsələsinə də toxunan S.Lavrov bildirib ki, Rusiyanın hədəfi ABŞ-la eyni olan İŞİD-ə qarşı mübarizədir: “Qərbdən fərqli olaraq, biz Suriyanın seçilmiş prezidenti Bəşər Əsədin dəvəti əsasında Suriyada terrorla mübarizə aparırıq. Biz öz xalqı ilə müharibə aparanları dəstəkləmirik, sadəcə olaraq, terrorçularla müharibə aparırıq. Bizdən əvvəl ABŞ və digər koalisiya qüvvələri də İŞİD və digər terror təşkilatlarına qarşı müharibəyə başlayıb. İndi Rusiya da bunun eynisini edir. Məqsədimiz eynidir. Biz də Suriyada ABŞ-ın etdiyini edirik. Ona görə də Suriyada İŞİD-ə qarşı müharibəyə görə heç kəs Rusiyanı qınaya bilməz”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR