Rus qırıcıları İŞİD-in paytaxtını bombaladı - 20 ölü
Bizi izləyin

Dünya

Rus qırıcıları İŞİD-in paytaxtını bombaladı - 20 ölü

Rusiya hərbi hava qüvvələrinə məxsus olan “Su-34” və “Su-24M” qırıcıları İŞİD terror təşkilatının Suriyada özünə paytaxt seçdiyi Rakka şəhərini bombalayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiya qırıcıları Rakkada İŞİD-ə aid olan 9 düşərgəni partladıb: “Ötən gün reallaşdırılan hava əməliyyatı nəticəsində Rakka şəhəri yaxınlığında İŞİD-ə məxsus bir hərbi qərargah və məlumat mərkəzi də vurulub”.

Əməliyyat nəticəsində 20-dən çox terrorçunun öldüyü deyilir.

Faktı Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Evi də təsdiqləyib: “Bu həftə ərzində Rusiyanın Rakkada keçirdiyi hərbi hava əməliyyatları nəticəsində ən azı 12 İŞİD terrorçusu məhv edilib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm