Dünya
Xəstəxana bombalandı, 9 həkim həlak oldu

“Sərhədsiz həkimlər” beynəlxalq təşkilatının Əfqanıstanın Qunduz şəhərindəki hospitalına endirilən hava zərbələri qurbanlarının sayı artıb. İnsident nəticəsində təşkilatın 9 əməkdaşının həlak olduğu bildirilir. Lakin bu, həlak olanlar barədə yekun məlumat deyil.
Hadisə nəticəsində itkin düşmüş 30 nəfərin taleyindən hələ ki, heç bir xəbər yoxdur. Bombardman zamanı hospitalda 100-dən çox pasient və təşkilatın təxminən 80 əməkdaşı olub.
NATO kontingenti nümayəndəsinin verdiyi məlumata görə, hospitala bombanı ABŞ Hərbi Hava Qüvvələri atıb. Hədəf yaraqlılar olsa da, zərbə xəstəxananı dağıdıb.
Strateji cəhətdən vacib mövqedə olan Qunduz şəhəri Tacikistan sərhədləri yaxınlığında yerləşir. Son bir neçə gündür ki, şəhər uğrunda ağır döyüşlər gedir. Hökumət qüvvələri həftənin əvvəlində şəhərin nəzarətini ələ keçirən “Taliban” döyüşçülərini buradan çıxarmağa cəhd göstərirlər.

-
Sosial20:48
Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO
-
Sosial20:36
Azərbaycanda boşanmalarla bağlı SON STATİSTİKA
-
Region20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Magazin119:37
Bu gün Rəqsanənin qızı Aysunun TOYUDUR - VİDEO
-
Dünya19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson
-
Nida Xəbər 18:45
İdxal olunan ətlərdən harada istifadə olunur?
-
Dünya18:38
Ərdoğan: "Gecikmələrə dözə bilmərik"
-
Dünya17:48
Dünya elmini şoka salan ...iki cəsəd – FOTO