Almanlar bayram edir - FOTO
Bizi izləyin

Dünya

Almanlar bayram edir - FOTO

1990-cı il oktyabrın 3-ü Almaniyanın birləşdiyi gündür. Bu gün ölkə ictimaiyyəti İkinci Dünya müharibəsindən sonra iki yerə parçalanmış Almaniyanın birləşməsinin 25-ci ildönümünü milli bayram kimi qeyd edir.

Həmin tarixdə ADR 5 federal əyaləti ilə birgə AFR-in tərkibinə daxil edildi və bununla da Almaniyanın vahidliyi təmin olundu. Tarixi bayramı qeyd etmək üçün bu axşam on minlərlə almaniyalı Frankfurt şəhərində keçiriləcək təntənəli bayram tədbirinə qatılacaq. Yubiley mərasimində ölkə prezidenti Yoahim Qauk, kansler Angela Merkellə yanaşı, Bundestaq nümayəndələri, federal əyalətlərin inzibati rəhbərləri və xarici qonaqlar iştirak edəcəklər.

Məlumat üçün qeyd edək ki, hazırda 82 milyon əhalisi ilə 16 federal torpağa malik müasir Almaniyada federativ dövlət quruluşu və parlament üsul-idarəsi mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm