Mərkəzi prospektdə etiraz aksiyası qadağan oluna bilər
Bizi izləyin

Dünya

Mərkəzi prospektdə etiraz aksiyası qadağan oluna bilər

Kşineunun mərkəzində Ştefan çel Mare prospektinin Sergey Lazo və Mariya Çebotar küçələri arasındakı hissəni Sosialistlər Partiyası və “Bizim partiya”nın tərəfdarları dövrəyə alıblar.

AZƏRTAC “Komsomolskaya Pravda v Moldove” nəşrinə istinadla xəbər verir ki, Kişineu meriyası öz növbəsində Ştefan Çel Mare prospektində çadırların qurulmasına münasibətini bildirib. Mətbuat üçün bəyanatda deyilir ki, etiraz aksiyası şəhərin baş küçəsində ictimai asayişin və yol hərəkətinin pozulmasına yönəlib.

Bəyanatda deyilir: “Etiraz aksiyası Toplaşmaq Haqqında Qanunun müddəalarını pozur. Bu qanun ictimai asayişi, yaxud insanların hüquq və azadlıqlarını pozmaq məqsədi daşıyan aksiyaların keçirilməsini bilavasitə qadağan edir. Hazırkı vəziyyətdə birmənalı şəkildə demək olar ki, həm ictimai asayişin, həm də ictimai nəqliyyatın hərəkətinin pozulmasına yol verilib, Kişineu sakinlərinin isə şəhərin küçələrindən keçmək hüququ pozulub”.

Kişineu meriyası Ştefan çel Mare prospektində etiraz aksiyasının qadağan edilməsi barədə xahişlə artıq məhkəmədə iddia qaldırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm