Nigeriyada partlayış: 15 ölü, 40 yaralı
Bizi izləyin

Dünya

Nigeriyada partlayış: 15 ölü, 40 yaralı

Nigeriya paytaxtı Abucanın kənar rayonlarında baş vermiş iki partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 40-dan artıq adamın xəsarət aldığı bildirilir.

Publika.az BBC-yə istinadən xəbər verir ki, hakimiyyət baş verən partlayışların intiharçı hücumçu tərəfindən həyata keçirildiyini bildirib.

İlk partlayış Quja, ikincisi isə Nyanya rayonunda olub.

Ötən il Nyanyada Boko Haram qruplaşmasının hücumları 70-dən artıq adamın ölümünə səbəb olub.

May ayında prezident seçilmiş Məhəmməd Buhari ölkədə xilafət qurmaq məqsədi uğrunda vuruşan cihadçılara qarşı mübarizəni fəallaşdırıb.

Lakin təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatları nəticəsində bir çox ərazilərdən geri çəkilmiş Boko Haramdan irəli gələn təhlükə sovuşmayıb.

Prezident Buharinin hakimiyyət başına gəlməsindən bəri qruplaşmanın hücumları nəticəsində mindən artıq adam həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm