ABŞ insanlığı məhv edir: marixuana kurortu
Bizi izləyin

Dünya

ABŞ insanlığı məhv edir: marixuana kurortu

Cənubi Dakota ştatının yerli santi-siu tahfası ABŞ-da ilk marixuana kurortunu açmaq niyyətində olduğunu bildirib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, 400 adamın yaşadığı tayfanın rezervasiyasında artıq kazino, otel və ranço fəaliyyət göstərir. Güman edilir ki, açılacaq kurort yeni gəlir mənbəyinə çevriləcək.

Kurortda artıq marixuana yetişdirməyə başlayıblar.

Cənubi Dakotada marixuana çəkmək yasaqdır, lakin yerli qəbilələrin məskunlaşdığı ərazilərə geniş müxtariyyət verilib və xüsusi hüquqlara malik rezervasiyalarda həyat tayfaların tarixi ənənələrinə uyğun qurulur.

İyun ayında santi-siu tayfasına marixuana yetişdirib satmaq haqqı verilib.

Məlumata əsasən hər bir adam gündə yalnız bir qram marixuana ala bilər və onu xüsusi ayrılmış yerdə çəkməlidir. Bir qramlıq marixuana paketinin 12-15 dollara satılacağı deyilir.

Kurort dekabrın 31-də açılmalıdır. Onun hər gün 2 milyon dollar gəlir gətirəcəyinə ümid edilir.

"Biz böyüklər üçün əsl əyləncə məkanı yaratmaq istəyirik"? - santi-siu tayfasının lideri Anthony Reider deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm