Kiyev Moskva ilə sülh planı hazırlayır
Bizi izləyin

Dünya

Kiyev Moskva ilə sülh planı hazırlayır

Kiyev Moskva ilə sülh planı hazırlayır

Ukrayna rəhbərliyi Rusiya prezidenti Vladimir Putin ilə barışıq planı hazırlayır.

Publika.Az – ın verdiyi xəbərə görə, bu barədə "Zerkalo nedeli" nəşrinə hakimiyyətdəki mənbə bildirib.

"Böhrandan çıxış planına görə, hakimiyyət 21 fevral razılaşmasının şərtlərini icra etməyə hazırdır, amma Viktor Yanukoviçsiz. Sabiq prezident Leonid Kuçmanın administrasiya rəhbəri Viktor Medvedçukun bu yaxınlarda verdiyi bəyanata görə, Yanukoviç artıq Putinə lazım deyil. Rusiya prezidentinin kirvəsi hesab edir ki, Yanukoviç Ukraynaya yalnız məhkəmə qarşısında durmaq üçün qayıda bilər. Görünür, Yanukoviç artıq öz rolunu oynayıb və getməlidir. Kreml də Regionlar Partiyasını səslərlə təmin etməyə hazırdır”, - mənbə söyləyib.

Qəzet yazır ki, Krımda danışıqların ən yaxın müddətdə, yəni “referendum”dan dərhal sonra başlaya biləcəyi barədə danışırlar.

“Krımda bildirirlər ki, diversiya və prokasiyalar olmayacağı halda danışıqlar başlaya bilər. Artıq belə bir təhlükə haqqında “Krım xüsusi xidmət orqanları” xəbərdarlıq edib”, - "Zerkalo nedeli" qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm