Tokioda qaçqınlar festivalı
Bizi izləyin

Dünya

Tokioda qaçqınlar festivalı

Tokioda qaçqınlar haqqında kinofilmlərin 10-cu festivalı keçirilir. Bu tədbir hər il Yaponiya paytaxtında BMT-nin qaçqınlarla iş üzrə ali komissarının idarəsi tərəfindən təşkil edilir.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, festivalın açılışında Sydanda vətəndaş müharibəsi nəticəsində valideynlərini itirmiş oğlanların həyatı barədə film nümayiş olunub. Bu ölkədə 1980-ci illərdə başlayan müharibə təqribən 20 il sürüb.

Filmin nümyişindən sonra Sudandan olan qaçqın, baş rolun ifaçısı Qer Dueyni tamaşaçılar qarşısında çıxış edib. O deyib ki, filmin çəkilməsində məqsəd yaponların qaçqın problemini dərindən anlaması və bu insanlara yardım göstərmək üçün hansı addımların atılmasının zəruriliyi barədə düşünməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm