Avtobus yaşayış evinə girdi: 12 yaralı
Bizi izləyin

Dünya

Avtobus yaşayış evinə girdi: 12 yaralı

Nyu-Yorkun Kvins rayonunda şəhərlərarası avtobus yaşayış evinə çırpılıb. Şəhər yanğınsöndürmə idarəsinin rəsmi nümayəndələri bildiriblər ki, şənbə günü axşam baş vermiş hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, avtobus əvvəlcə maşınla toqquşub, sonra isə ikimərtəbəli yaşayış binasının divarına çırpılıb. Bütün xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin sözlərinə görə, onlar yüngül xəsarət alıblar, həyatları üçün təhlükə yoxdur.

Qəzanın səbəbləri hələlik məlum deyil. Şəhər rəhbərliyi hadisənin araşdırılmasına başlandığını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm