Əsəd xəbərdarlıq etdi: "Yaxın Şərq məhv olacaq" - VİDEO
Bizi izləyin

Dünya

Əsəd xəbərdarlıq etdi: "Yaxın Şərq məhv olacaq" - VİDEO

“ABŞ “İslam dövləti”nin döyüşçüləri ilə mübarizə üçün beynəlxalq koalisiyanı formalaşdırdıqdan sonra terrorçular gücünü dəfələrlə artıraraq nəzarət etdiyi əraziləri genişləndiriblər”.

Publika.az xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd İranın “Habar” telekanalına müsahibəsində deyib.

“Terrorizmi dəstəkləyən dövlət onunla vuruşa bilməz. Münaqişənin lap əvvəlindən aydın idi ki, xarici himayəçilər Suriyada terrorçuların arxasında dayanıblar”, - Əsəd söyləyib.

O, vurğulayıb ki, dünyada heç bir dövlət terrorçularla danışıqlara getmir. Əsədin sözlərinə görə, Rusiya, Suriya, İran və İraqın qoşunlarından formalaşdırılacaq koalisiya müvəffəqiyyət qazana bilər. Əsəd əks halda Yaxın Şərq regionunu ölüm gözlədiyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm