• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

İŞİD paytaxtını Suriyadan köçürür

  • Dünya
  • 5 Oktyabr 2015 00:25
  • 1 427 Baxış
İŞİD paytaxtını Suriyadan köçürür

İŞİD terror qruplaşmasının döyüşçüləri Rusiyanın hücumlarından sonra “İslam dövləti”nin paytaxtı hesab olunan Suriyanın Rakka şəhərindəki ailələrini İraqa təxliyyə etməyə başlayıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livanın “Al Akhbar” nəşri yazıb.

Qəzetin iddiasına görə, İŞİD-in üzvləri təxliyyə etdikləri ailələrini İraqın Mosul şəhərində yerləşdirirlər.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, rus qırıcıları Rakka şəhərində İŞİD-in 50-dən çox mövqeyini vurub. Rakka 2013-cü ilin mart ayında İŞİD tərəfindən “Əl-Qaidə” ilə bağlı olan “Əl-Nüsra” Cəbhəsinin əlindən alınıb. Rakka bir neçə ay sonra “İslam dövləti”nin paytaxtı elan edilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR