Almaniyanın məxfi sənədləri PKK-nın əlində – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Almaniyanın məxfi sənədləri PKK-nın əlində – ŞOK İDDİA

Almaniyanın Sol Partiyası federal hökumətə aid gizli sənədləri PKK terror təşkilatına sızdırıb.

Publika.az “Die Welt” qəzetinə istinadən xəbər verir ki, Berlin prokurorluğu sözügedən iddia ilə bağlı Sol Partiya barəsində istintaqa başlayıb.

İddiaya görə, yalnız millət vəkilləri və bəzi rəsmilərin baxmasına icazə verildiyi gizli sənədlərin fotoşəkilləri bu ilin avqust ayında Türkiyədə nəşr edilən və PKK-ya yaxın bir qəzetdə dərc edilib. Amma Sol Partiyadan olan millət vəkili Katrin Kunert PKK ilə iddiaları rədd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm