Kameron: “Nüvə silahından istifadə etmək olar”
Bizi izləyin

Dünya

Kameron: “Nüvə silahından istifadə etmək olar”

İngiltərənin baş naziri Devid Kameron nüvə silahından istifadəyə bəraət qazandırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, baş nazir Leyboristlər Partiyasının lideri Ceremi Korbinin iddialarının əksinə olaraq bəzi hallarda nüvə silahından istifadə edilməsinin yolverilən olduğunu deyib.

Kemeron Mançester şəhərində Mühafizəkar Partiyasının konfransında etdiyi çıxışında siyasi opponentinin mövqeyini tənqid edib. “Bu mövqe bizim milli təhlükəsizliyimizi təhdid edir”, - baş nazir bildirib.

Böyük Britaniyanın nüvə potensialının yenilənməsi məsələsi bu ilin seçkiqabağı kampaniyasının gedişatında ən mübahisəli məsələrdən biri olub. Sonuncu seçkilərdə qalib gələn Mühafizəkarlar Partiyasının hökuməti “Trident replacement” proqramı çərçivəsində dörd yeni atom sualtı qayığının tikinti layihəsini təsdiqləyib.

Leyboristlər və Şotlandiya Milli Partiyası mühafizəkarları kəskin tənqid edir və “Trident replacement” proqramının fövqəladə dərəcədə bahalı olduğunu bildirirlər. Ceremi Korbi bundan başqa Suriya münaqişəsinə hərbi müdaxilənin əleyhinədir.

Qeyd edək ki, Böyük Britaniya 1952-ci ildə “nüvə klubu”na qoşulan üçüncü ölkə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm