Minskdə Putinin layihəsinin əleyhinə aksiya keçirildi
Bizi izləyin

Dünya

Minskdə Putinin layihəsinin əleyhinə aksiya keçirildi

Minskdə Rusiya hərbi bazasının Belarusda yerləşdirilməsinə etiraz olaraq aksiya keçirilib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, müxalifətin qırmızı-ağ bayraqları və Avropa Birliyinin bayraqları ilə təxminən 150 nəfər Azadlıq meydanına toplaşıb.

Aksiya iştirakçıları meydana üzərində “Bizə sülh səması lazımdır!” və “Müharibəyə xeyr!” şüarları yazılmış plakatlar gətiriblər.

Sentyabrın sonunda isə bir sıra müxalifət siyasətçiləri “Yad hərbi bazalarsız Belarus üçün” bəyanatını imzalayıb. “Rusiya hərbi bazasının Belarus ərazisində yerləşdirilmə haqqında müqavilə yaxın vaxtlarda imzalana bilər. Bu çox zərərli addımdır. Müdavilə müstəqilliyin itiirilməsinə gətirib çıxara bilər”, - sənəddə deyilirdir.


Xatırladaq ki, ötən ayı Rusiya prezidenti Vladimir Putin Belarusda təyyarə bazasının yaradılması barədə göstəriş verib.Dövlət başçısı Xarici İşlər və Müdafiə nazirliklərinə Minsklə lazımı danışıqlara başlamağı tapşırıb.

Hələ 2014-cü ilin yayında Rusiyanın "Su-27" qırıcılarının Bobruysk aerodromunda yerləşdirəcəyi barədə informasiya yayılıb. Baranoviçi bazasında isə "Su-27" qırıcıları çoxdan yerləşdirilib. Su-27 qırıcıları çoxməqsədli və hər cür hava şəraitinə uyğun qırıcıdır. Sözügedən qırıcılar Rusiya Hərbi Hava Qüvvələrinin əsas zərbə qüvvəsini təşkil edir.

Hərbi analitiklər hesab edirlər ki, Belarus Rusiyanın Qərblə qarşıdurmasında strateji müharibə meydanı rolu oynaya bilər. “Belarus Security Blog” analitik layihəsinin rəhbəri Andrey Porotnikovun sözlərinə görə, Rusiyanın “S-400” zenit-raket kompleksi, “İsgəndər-M” raket kompleksləri və “Su-34” qırıcıları Moskvanın gücünün əsası olacaq. O, Kremlin müharibə meydanı kimi Belarusdan NATO-çuları bu silahlarla hədələməyə başlayacağını bildirir.


Ekspert mümkün ssenarini də səsləndirir: “Belovejski meşəsində yerləşdirilən “S-400”lər Polşa ərazisi üzərində Amerika raketlərini vuracaq”.


O, “İsgəndər”lərin hər cür hava şəraitində belə düşmən raketlərini məhv etməyə qadir olan yüksək dəqiqlikli silah olduğunu xatırladır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm