Dünya
Milyarder Yaxın Şərq faciəsinin səbəbini açıqladı

ABŞ prezidentliyə namizəd, milyarder Donald Tramp Yaxın Şərqdəki qeyri-sabit vəziyyəti Müəmmər Qəddafi və Səddam Hüseynin yoxluğu ilə izah edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, milyarder NBC telekanalına müsahibəsində bugünkü Yaxın Şərq üçün Müəmmər Qəddafi və Səddam Hüseynin olmamasından təəssüfləndiyini dilə gətirib.
“Yaxın Şərqdə vəziyyət daha sabit olardı, əgər Səddam Hüseyin və Müəmmər Qəddafi hakimiyyətlə qalsaydılar”, - amerikalı milyarder deyib.
O, Suriya prezidenti Bəşər Əsədlə İraq və Liviyanın keçmiş liderlərini müqayisə edib.
Qeyd edək ki, 2011-ci ildə ABŞ-ın dəstəyi ilə Qəddafinin devirilməsindən sonra Liviyada vətəndaş müharibəsi başlanıb. Ölkədə hazırda iki hökumət fəaliyyət göstərir: dünya cəmiyyəti tərəfindən tanınan hökümət (Tobruk şəhərindədir) və islamçı hökumət (Tripoli şəhərindədir).
Səddam Hüseyn isə 2003-cü ildə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya tərəfindən devrilib. Hazırda isə ölkənin böyük hissəsi İŞİD terror qruplaşmasının nəzarətindədir.

-
ABŞ22:48
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi paket ayırdı - SİYAHI
-
Magazin222:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?
-
Nida Xəbər 18:53
Rəsmi qurumlara, banklara kiberhücumlar oldu