PKK rəhbərləri Suriyaya qaçdı
Bizi izləyin

Dünya

PKK rəhbərləri Suriyaya qaçdı

Rusiya hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələrin Suriyada İŞİD-ə qarşı hava əməliyyatlarına başlamasından sonra Suriyada məskunlaşan bir sıra PKK rəhbər şəxsləri xalqın arasında gizlənməyə başlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə xüsusi xidmət orqanlarının hazırladığı hesabatda deyilir.

Məlumata görə, hazırda Suriyada gizlənən PKK terrorçuları arasında Türkiyəyə qarşı radikal fəaliyyəti ilə tanınan “Bahoz Erdal” kod adlı Fərman Hüseyn və Rəsul Ayn da var. Sözügedən şəxslər PKK-nın Türkiyəyə qarşı bir neçə dəfə terror hücumlarını təşkil ediblər. Adıçəkilən bu şəxslərin Türkiyədən bu ilin avqustunda qaçdıqları ehtimal olunur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm