Putin Ankaranın hansı planını pozdu? - İDDİA
Bizi izləyin

Dünya

Putin Ankaranın hansı planını pozdu? - İDDİA

Rusiya Suriyada hava əməliyyatlarına başlamaqla ölkənin hava məkanında uçuşa qadağan bölgəni yaratmaq istəyən ABŞ və onun müttəfiqlərinin planlarını pozub.

Publika.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Britaniyanın “The Financial Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, uzunmüddətli danışıqlardan sonra koalisiyanın nümayəndələri Suriyanın hava məkanında təhlükəsiz zonaların yaradılması haqqında razılaşma əldə ediblər. Bu cür zonaların yaradılması isə ilk dəfə Türkiyə və İordaniya tərəfindən təklif edilib. Planın mahiyyəti ölkənin şimalı və cənubunda dinc sakinləri Bəşər Əsədin hava zərbələrindən xilas etmək idi.

“The Financial Times” mənbələri hesab edir ki, Rusiyanın Suriya münaqişəsinə qəflətən cəlb olunması məhz koalisiyanın sözügedən planları ilə bağlıdır.

Xatırladaq ki, sentyabrın 30-da Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrindən xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezident Vladimir Putinin müraciətini yekdilliklə dəstəkləyib. Parlamentinin yuxarı palatasının qərarından bir neçə saat sonra Rusiya aviasiyası Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm