Klinton ərini döyür, onu cırmaqlayırdı – İDDİA
Bizi izləyin

Dünya

Klinton ərini döyür, onu cırmaqlayırdı – İDDİA

ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun köməkçisi, siyasi məsləhətçi Rocer Stoun keçmiş dövlət katibi Hillari Klintonla bağlı kitab yazıb.

Publika.az “New York Post” nəşrinə istinadən xəbər verir ki, “The Clintons' War On Women” adlı kitabda müəllif Hillari Klintonun əri Bill Klintona qarşı amansız münasibətindən danışılır.

Müəllif yazır ki, xanım Klinton cəmiyyətə özünün yumşaq tərəflərini nümayiş etdirməyə cəhd göstərməsinə baxmayaraq, o, əslində ərinə qarşı çox qəddar davranırdı. Stoun iddia edir ki, keçmiş dövlət katibi ərini bərk əşyalarla vurur, dırnaqları ilə onu cırmaqlayaraq qanını tökürdü.

Kitab ABŞ-da oktyabrın 13-də satışa çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm