177 il sonra ilk rəsmi səfər
Bizi izləyin

Dünya

177 il sonra ilk rəsmi səfər

Rəcəb Təyyub Ərdoğan 177 il sonra ilk dəfə Belçikaya rəsmi səfər edən Türkiyə prezidenti olub.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Brüsseldə çıxışı zamanı Belçikadakı Türkiyə vətəndaşlarını 1 noyabr seçkilərində fəal iştirak etməyə çağırıb.

“Avropadakı qardaşlarımı 1 noyabr seçkilərində fəal olmağa çağırıram. Terrora qalib gəlmək üçün, güclü Türkiyə naminə demokratik haqqınızdan istifadə etməlisiniz”.

Prezident çıxışında miqrant böhranı ilə bağlı Türkiyənin əhəmiyyətli bir yükün altına girdiyini və ayrı-seçkilik güdmədən qapılarını açıq tutduğunu bildirib.

“Biz qapılarımızı Suriyadan, xüsusilə də Kobanidən gələnlərin üzünə açdıq. Çünki biz məsum insanları bombalara təslim edə bilməzdik. Amma bunların qarşılığında şəxsimə və ölkəmə çirkin böhtanlar atdılar”, - Ərdoğan əlavə edib.

Qeyd edək ki, 1838-ci ildən bu yana ilk dəfə Türkiyə-Belçika arasında rəsmi görüş gerçəkləşdirilib.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm