Putin dilemma qarşısında: ya məğlubiyyətini etiraf etməli, ya da...
Bizi izləyin

Dünya

Putin dilemma qarşısında: ya məğlubiyyətini etiraf etməli, ya da...

“Rusiya prezidenti Vladimir Putin çox çətin seçim qarşısında qalıb: Donbas hövzəsində məğlubiyyətini etiraf etmək və ya Qərblə münasibətlərin gərginləşməsinə getmək”.

Publika.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenkonun açıqlamalarını şərh edən jurnalist Vitali Portnikov yazıb.

“Prezidentin Parisdəki görüşün nəticələrinə həsr edilmiş açıqlamaları informasiya reallığı yaratdı. Bu reallığa görə sərhədlər üzərində nəzarət ilin sonuna kimi Ukraynaya qaytarılmalıdır. Amma bundan əvvəl yerli hakimiyyət orqanlarına Ukrayna qanunları üzrə yeni seçkilər keçirilməlidir. Bu proses ilin sonuna kimi başa çatmalıdır”, - Vitali Portnikov qeyd edib.

Onun sözlərinə görə, Pyotr Poroşenko Putini yeni sanksiyalara itələyir: “Həmin sanksiyalar ki, Rusiya prezidenti onlardan qaçmaq istəyir. Və Putin çox çətin dilemma qarşısındadır: separat seçkilərdən imtina edərək məğlubiyyətini faktiki qəbul etmək, yaxud da Donbas hövzəsində seçkiləri keçirmək. İkinci yol Rusiyanı Qərblə münasibətlərin daha da pisləşməsinə və yeni sanksiyalara aparır. Putin yaxın günlərdə qərar verməli olacaq”.

Qeyd edək ki, Luqansk və Donetsk “xalq respublikaları”nın başçıları işğal edilmiş ərazilərdə yerli seçkilərin tarixinin irəliyə daşınmasını istisna etməyiblər.

Oktyabrın 4-də Poroşenko “Normandiya dördlüyü”nün (Almaniya, Fransa, Rusiya və Ukrayna) liderlərinin Parisdəki görüşünün nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Ukrayna dövlət başçısı qeyd edib ki, Putin separatçılara dəstəyini dayandıracağına dair söz verib. Poroşenko qeyd edib ki, oktyabrın 2-də keçirilən görüşdə əldə olunan razılaşma separatçıların nəzarətindəki ərazilərin azad olunmasına dair siqnaldır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm