Türkiyədə şok: azan əvəzinə PKK marşını dinlətdilər
Bizi izləyin

Dünya

Türkiyədə şok: azan əvəzinə PKK marşını dinlətdilər

PKK terror təşkilatının silahlıları oktyabrın 4-də Mardin vilayətinin Nüseybin mahalında ağlasığmaz addım atıblar.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, mahalın bəzi məhəllələrində məscidlərə girən PKK-çılar sakinlərə məscidin səsucaldanlarından PKK marşını dinlədiblər.

Mahalda küçəyə çıxma qadağası 5-ci gününə daxil olub. Dünən gecə bəzi məhəllələrdə eşidilən silah və partlayış səslərindən sonra bu gün mahalda səssizlik hökm sürür.

Son beş gün ərzində keçirilən anti-terror əməliyyatında 14 terrorçu zərərsizləşdirilib, 69 barrikada dağıdılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm