Ermənistanda yeni idarəçilik üsuluna qarşı çıxanlar həbs olundu - FOTO
Bizi izləyin

Dünya

Ermənistanda yeni idarəçilik üsuluna qarşı çıxanlar həbs olundu - FOTO

Ermənistan parlamenti ölkə konstitusiyasına düzəliş edilməsi və bu sahədə islahatlar aparılması ilə bağlı ölkədə referendum keçirilməsinə səs verib.

103 deputat layihənin lehinə, 10 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.

Layihədə ölkədə Parlament üsul-darəsi tədbiq edilməsi nəzərdə tutulur.

Belə ki, prezidentin səlahiyyətləri parlamentə veriləcək,dövlət başçısını isə xalq yox parlament seçəcək.

Bundan başqa prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

2018-ci ildə 2-ci müddəti başa çatan prezident Serz Sargisyanın referendumun vaxtını təyin edəcəyi gözlənilir.

Buna qarşı çıxan yüzlərlə müxalifət qüvvəsi bir neçə gün idi ki, parlament binasının qarşısında etiraz aksiyası keçirirdilər. Oktyabrın 5-də polis aksiyanı dağıdıb. Bir neçə nəfəri saxlayıb.

Aksiyaçılar hesab edirlər ki, artıq 2 dəfə prezident seçilmiş və yenidən seçilməsi konstitusiya ilə qadağan edilən S.Sagisyan hakimiyyətdə qalmaq üçün bu dəyişikliyə gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm