Keçmiş sevgilisinə orijinal “toy hədiyyəsi”
Bizi izləyin

Dünya

Keçmiş sevgilisinə orijinal “toy hədiyyəsi”

Türkiyənin Aydın vilayətində 28 yaşlı Baqi A. adlı gənc keçmiş sevgilisi 24 yaşlı Xədicə K. üçün orijinal “toy hədiyyəsi” düşünüb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Mustafa K. ilə evlənən Xədicə K.-nın evinin qarşısına partlayıcı maddə qoyub.

Partlayıcı qurğunu görən Mustafa K. təhlükəsizlik əməkdaşlarına xəbər verib. Hadisə yerinə gələn təhlükəsizlik əməkdaşları partlayıcının üzərində “eşqimə toy hədiyyəm” mesajının yazıldığını müəyyənləşdiriblər.

Partlayıcı boş ərazidə zərərsizləşdirilib. Baqi A. isə polislər tərəfindən saxlanılıb. Günahını etiraf edən gənc həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm