Dünya
Rus qırıcılarından İŞİD-ə ağır zərbə - VİDEO

Rusiya aviasiyası Suriyanın qərbində yerləşən dörd vilayətdə İŞİD terror qruplaşmasının mövqelərinə aviazərbələr endirib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Məlumata görə, son bir gün ərzində Rusiya qırıcıları 25 uçuş həyata keçirib və İŞİD-in 9 obyekti vurulub. Su-34 və Su-24M qırıcıları ilə terrorçuların iki silah-sursat anbarı məhv edilib.
Su-24M bombardmançıları Suriyanın Xüms vilayətində İŞİD-in rabitə-informasiya mərkəzini məhv ediblər. Mərkəzin dağıdılması radio kəşfiyyat məlumatları ilə təsdiq edilib.
Rusiya aviasiyası İŞİD-in İdlib şəhərinin yaxınlığındakı bazasına altı zərbə endirib. Terror qruplaşmasına məxsus texnikanın təxminən 30 vahidi, həmçinin Suriya ordusundan ələ keçirilmiş T-55 tankları məhv edilib.

-
Cənubi Qafqaz19:12
Ermənistanın müdafiə naziri Rusiyaya getdi
-
Sağlamlıq15:01
Gülşən səhnəyə elə geyimdə çıxdı ki... - FOTO
-
ABŞ12:14
NATO-nun ABŞ-a etdiyi bu çağırış Rusiyanı HƏRƏKƏTƏ GƏTİRDİ
-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Digər11:37
Dünya şöhrətli yazıçı Rüşdiyə görə ölümlə HƏDƏLƏNDİ: "Növbəti sizsiniz"
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ