• USD 1,7000 0,00% EUR 1,8968 -0,53%
    • GBP 2,1937 -0,26% RUB 0,0264 -1,14%

Əsədə silah aparan “Sezar Kunikov” Bosfordan keçdi - FOTOFAKT

  • Dünya
  • 6 Oktyabr 2015 09:13
  • 1 047 Baxış
Əsədə silah aparan “Sezar Kunikov” Bosfordan keçdi - FOTOFAKT

Rusiyanın böyük desant gəmisi “Sezar Kunikov” döyüş sursatları və silah yükü ilə Qara dəniz boğazlarını keçərək Aralıq dənizinə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Bosfor boğazından keçərkən gəminin fotosunu çəkən Türkiyə KİV-inə istinadən “BGNnews” portalı bildirib.

Müşahidəçilərin fikrincə, “Sezar Kunikov” Suriyanın Tartus limanına yollanıb. Burada Rusiyanın Hərbi Dəniz Donanmasına aid gəmilərin maddi-texniki təminat məntəqəsi yerləşir.

Hazırda Şərq Aralıq dənizində Rusiya donanmasının təlimləri keçirilir. Sentyabrın 30-da başlanan təlimlər 7 oktyabr tarixinə qədər davam edəcək.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR