Koalisiya qüvvələri İŞİD-i darmadağın etdi
Bizi izləyin

Dünya

Koalisiya qüvvələri İŞİD-i darmadağın etdi

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Mosul vilayətinin Sincar rayonunda İŞİD terror qruplaşmasına aid 2 hədəfə ağır zərbələr endirib.

ANS PRESS-in xəbərinə görə, bu barədə “Anadolu” agentliyinə peşmərgə qüvvələrinin zabiti Şirzad Zaholi məlumat verib. Zaholi hər iki hədəfin İŞİD tərəfindən silah və təchizat deposu kimi istifadə olunduğunu, zərbələrdən sonra həmin məkanların partladığını bildirib.

Kürd zabit koalisiya qüvvələrinin həmçinin Sincarın cənubundakı əl-Biac kəndini də bombardıman etdiyini, burda da çox sayda terrorçunun məhv edildiyini və yaralandığını deyib.

Bundan başqa Ənbar vilayətində də 7 İŞİD terrorçusunun məhv edildiyi və qruplaşmaya aid silah deposunun partladıldığı bildirilib.

İraq federal polis idarəsinin komandiri general-leytenant Raid Şakir Cövdət də Rəmadinin şərqində polis qüvvələrinin İŞİD-ə aid 3 hədəfə qarşı əməliyyat keçirdiyini bildirib. Əməliyyat zamanı bir qrup silahlının öldürüldüyü silah deposunun və terrorçulara adi avtomobilin məhv edildiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm