
Türkiyənin 6 vilayətində PKK terror təşkilatının şəhərlərdəki strukturlarına qarşı əməliyyat həyata keçirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatın gedişatında aralarında tələbələr və müəllimlərin də olduğu 22 nəfər saxlanılıb.
Ankara Polis Təşkilatının terrorla mübarizə şöbəsinin qrupları tərəfindən təşkil edilən əməliyyat Ankara, İstanbul, Konya, İsparta, Van və Ağrıda keçirilib. Saxlanılan şəxslər ifadələrinin alınması üçün Ankaraya gətiriləcək.